“Azərbaycan və Ermənistan XİN başçılarını Vaşinqton görüşü də digər görüşlər kimi yaddaqalan bir nəticə ilə yaddaqalan olmadı. Bu görüş də ATƏT-in Minsk qrupunun fəaliyyətindən ümidverici nəsə gözləməyin mənasız olduğunu göstərdi”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Nəzakət Məmmədova deyib.
Əksinə, Vaşinqton görüşü ətəfəsində Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən hər zaman olduğu kimi yenidən destruktiv bəyanatların səsləndirildiyini deyən politoloq söyləyib ki, bundan başqa, ABŞ-a bağlı Gürcüstan müxalifətinin Tiflisdə Rusiyaya qarşı etirazları ilə Vaşinqton görüşünün eyni vaxta təsadüf etməsi arasında bir əlaqə olması istisna edilmir: “Bu ayın 5-dən 14-dək Gürcüstan baş naziri Mamuka Baxtadze ABŞ-da rəsmi səfərdə oldu, bir sıra yüksək səviyyəli görüşlər keçirdi, o cümlədən dövlət katibi Mayk Pompeo ilə onun audensiyası təşkil edildi. Bu onu göstərir ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərini, Gürcüstan baş nazirini ABŞ-a dəvət etməklə Vaşinqton bölgədə açıq nüfuz savaşına başlayıb və Qərbə bağlı müxalifətin Rusiyaya bağlı "Gürcü arzusu" partiyasının qərargahına hücum etməsi Amerikanın Rusiyaya hücumu kimi qəbul edilə bilər. Vaşinqton Moskvaya Cənubi Qafqazı ona buraxmayacağı mesajını verdi”.
N. Məmmədova qeyd edib ki, bütün bu proseslər 2020-ci ilə hazırlıq kimi dəyərləndirilə bilər: “İndidən artıq böyük güclər arasında Cənubi Qafqaz uğrunda savaş başlayıb. Fransa məhkəmələrinin Azərbaycanın xeyrinə addımlar atması, Amerikanın XİN başçılarını Vaşinqtona dəvət etməsi Minsk qrupu həmsədrləri arasında böyük nüfuz savaşından xəbər verir. Burada proseslərə ən hazırlıqlı ölkə Azərbaycandır”.
Politoloq vurğulayıb ki, bu proseslərdən ən güclü, zərərsiz çıxma şansı olan ölkə Azərbaycandır: “Ermənistan və Gürcüstanı isə müəmmalı sürprizlər gözləyə bilər. Azərbaycanla bağlı əsas narahatlıq doğuran məsələ Qarabağda mütəmadi pozulan atəşkəsin esklasiyası və hərbi əməliyyatların başlaması ehtimalıdır. Gürcüstan və Ermənistanda isə siyasi sistemin dəyişikliyi ehtimalı böyükdür. Qarabağda rəngli inqilab, Paşinyan hakimiyyətinin zəifləməsi, Gürcüstanda parlament seçkiləri ilə əlaqədar iqtidar uğrunda ABŞ - Rusiya savaşı genişlənə bilər. Minsk qrupunun fəaliyyəti isə bu proseslər fonunda Qarabağ məsələsinə yanaşmada ümidverici nəsə vəd etmir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB