Ermənistanda gücləndirilmiş iş rejimi bundan sonra da davam edəcəkmi sualına Ermənistan polisinin rəisi təsdiq cavabı verib. SİA aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu cavabı polis rəisi Valeri Osipyan bu gün jurnalistlərə bəyan edib.
"Bundan sonra bu hər gün olacaq. Biz qanun pozucularına, cinayətkarlara yox dedik. Qanun hamı üçündir və heç kim konstitusiya qaydalarına zərbə vura bilməz. Polis artıq səbri tükənib",-deyə Osipyan bildirib.
Jurnalistlərin həmçinin Valeri Osipyana ünvanladığı, onların rəhbərliyi ilə yaradılan bu struktur nəyə görə “VETO” ictimai-siyasi təşkilatın Soros Fondu ofisinin qarşısında aksiyalar keçirməyə imkan vermir, sualını da paolis rəsi cavablandırıb.
"Hər bir təşkilat və ofisin girişi və çıxışı var və heç kimin hansısa bir vətəndaşın azad hərəkətini məhdudlaşdırmaq hüququ yoxdur. Polisin vəzifəsi insanların sayından asılı olmayaraq hər yerin, hətta hər bir nəfərin də qorunmasında öz xidmətini aparmaqdır”-deyə, Valeri Osipyan bildirib.
Jurnalitlərin, bir insana düşən polis sayının Ermənistanda həddindən artıq çox olması iradlarına polis rəisi cavab olaraq deyib ki, inkişaf etmiş Avropa ölkələri ilə müqaisədə Ermənistanda polis o qədər də çox deyil.
Xatırladaq ki, demokratiyanı bayraq etməyə, diktaturanı demokratiya kimi dünyaya sırımağa çalışan Ermənistanda erməni polisi uzun zamandır Soros Fondu qarşısında keçirilən aksiyaların qarşısını alır və iştirakçıların fond binasına yaxınlaşmasına, eyni zamanda daxil olmasına imkan vermir. Bu məqsədlə də polisin gücləndirilmiş iş rejimində çalışması erməni ictimaiyyətində böyük qıcıq yaradıb və polisə qarşı narazılıq artıq birbaşa polis rəisinə ünvanlanmaqla özünü biruzə verir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB