"Heç olmasa işğalçı ölkənin arxasında durmasınlar" ÖZƏL-MÜNASİBƏT
"ATƏT-in Minsk qrupunun həmsədrləri regionda səfərdə olanda bizim mayor və zabitimiz şəhid edildi. Təəssüflər olsun ki, ATƏT-in həmsədr dövlətləri münaqişənin həllini öz üzərinə götürmüş, BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən 3-ü olan – ABŞ, Rusiya və Fransa konkret heç bir fikir bildirmədi". Bunu SİA-ya Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin (TOHGMİB) sədri, hərbi ekspert Emin Həsənli deyib.
Hərbi ekspertin sözlərinə görə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi başlayandan bəri işğalçı məlumdur, işğala məruz qalan məlumdur, separatizm, terrorizm faktı var, qanunsuz olaraq əhalinin köçürülməsi, soyqırımı faktı vardır: "Bunlar beynəlxalq hüquqda ən ağır cinayətlərdir. Bu cinayətlərlə bağlı Ermənistana heç bir sanksiya, cəza, təzyiq görülmür. Əksinə terrorçular, soyqırımda əli olmuş şəxslər diplomat, prezident, müdafiə naziri kimi dünyanın ən yüksək kürsülərində qəbul edilirlər. Bununla bağlı heç bir addım atılmır. Bugünkü təzyiqlə bağlı məsələyə gəldikdə isə əgər münaqişənin sülh yolu ilə ümumi həllini istəyirsə heç Ermənistana təzyiq etməsinlər, sadəcə olaraq işğalçı ölkənin arxasında durmasınlar. Onlar adətən bildirirlər ki, münaqişəni həll etmək üçün siz razılaşın, biz istənilən razılığı qəbul edəcəyik. Bu zaman sual olunur? Əgər biz razılaşacayıqsa, o zaman siz nədən ötrü varsınız? Konkret olaraq beynəlxalq hüquq var. Necə ki, siz bunu İraqda, Liviyada və digər yerlərdə icra etmisiniz. Yox əgər siz icra etmirsinizsə, çəkilin kənarda dayanın. Azərbaycan BMT Nizamnaməsinin 58-ci maddəsi, öz Konstitusiyası, qanunu, beynəlxalq hüququ rəhbəri tutaraq Qarabağ məsələni çox qısa bir müddətdə həll edə bilər. Ermənistan o zaman məcbur olub sülhə razılıq verəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB