"Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqton görüşü son iki Paris və Moskva görüşlərinin davamı kimi qiymətləndirmək olar". Bunu SİA-ya açıqlamasında politoloq Vasif Əfəndiyev deyib.
Politoloqun sözlərinə görə, görüş öncəsi hər iki tərəfin XİN sözçüləri əhalini sülhə hazırlamaq bəyanatlarını verməsi bunu deməyə əsas verir: "Azərbaycan tərəfi indiyə qədər əldə olunmuş ilkin razılaşmalara və ATƏT-in Minsk qrupunun münaqişənin həlli variantlarına hazır olduğunu dəfələrlə bildirsə də Ermənistan tərəfi son nöqtəni qoymağa cəsarət etmir. Səbəb isə Ermənistanın qətiyyətsizliyidir. Rusiyanın son sözü olmadan Paşinyan sülh razılaşmasına imza atmağa ehtiyat edir. Rusiyanın son zamanlar Cənubi Qafqaz bölgəsində yenidən fəallaşması və siyasi proseslərə müdaxiləsi daha da artıb. Gürcüstanda keçirilən son prezident seçkilərində Rusiyaya meyilli Salome Zurabişvilinin hakimiyyətə gətirləməsi və Ermənistanda keçmiş ruspərəst prezident Koçaryana siyasi dəstək verməsi Paşinyana sərbəst qərar verməkdən çəkindirir. Hazırda Ermənistanda hakimiyyət krizisi yaşanır. Paşinyan hakmiyyətin bütün qollarına nəzarət edə bilmir.
Dünən Rusiya Parlament üzvlərinin Gürcütandan qovulmasını təşkil edən demokratik düşərgə hazırda ölkədə gərginliyi saxlmaqdadır. Prezidentiyə keçmiş namizəd Vaşadzenin tərəfdarları siyasi hakimiyyətə ciddi təzyiqlər edir. Eyni situasiya ruspərəst qüvvələrin Paşinyana təzyiqi fonunda baş verir. Azərbaycanda da farspərsət və ruspərəst 5-ci kolonun aktivləşməsi müşahidə edilir. Bu şəraitdə sülh razılşamasının yaxın günlərdə baş verməsi real görünmür. ABŞ-ın İrana təzyiqləri artması və Rusiyanın bu məsələdə ehtiyatlı davranması müəyyən proseslərin getdiyinə işarədir. Gözləmək olar ki, ilin sonuna qədər Rusiyanın Qarabağ məsələsində geri çəkiləcəyi baş versin. Azərbaycan tərəfi bu istiqamətdə fəal görünür. Problemin həllinin yeganə yolu Rusiyanı proseslərdən kənarlaşdırmaqdır. Bundan ötrü Azərbaycan İranla daha aktiv işləməlidir. İran bu prosesə birmənalı olaraq Azərbaycanın mövqeyni real olaraq dəstəkləməyə başlayarsa, Rusiyanın başqa seçimi olmayacaq. Bundan ötrü müəyyən perspektiv də var. ABŞ-iran münaibətlərində Rusiya və Ermənistanın sürüşkən mövqeyi cənub qonşularımıza bir dərs olmalıdır. İran-Azərbaycan münasibətləri dostluq və qardaşlıq müstəvisinə keçməlidir. Yalnız bu münasibətlər regionda inkişaf və böyük sülhə yol aça bilər. Bu yaxınlarda isə Vaşinqton görüşünün nəticələrini müzakirə etmək üçün Paşinyanın yenidən Putinlə görüşü reallaşacağı ehtimal var. Yalnız bundan sonra Ermənistan öz mövqeyini bildirəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB