Tbilisidə parlament binası qarşısında minlərlə iştirakçının qatıldığı mitinqdə iştirakçılar Rusiya Federasiyasının Dövlət Dumasının deputatı Sergey Qavrilovun ölkəyə gəlişinə imkan yaradan spiker İrakli Kobaxidzekidali və daxili işlər naziri Georgi Qaxarinin istefası tələbi ilə çıxış edirlər. SİA rambler.ru saytında yayımlanan məlumata istinadən xəbər verir ki, Rusiyalı parlamentari bu gərgin vəziyyti gürçüstanlı və ukraynalı radikalların törətdiyi qənaətindədir.
Məlumatda qeyd olunur ki, Qavrilov Rusiya nümayəndə heyətinin tərkibində Beynəlxalq Pravoslav Məclisinin 26-cı sessiyasında iştirak etmək üçün gəlibmiş. O, nümayəndə heyətinin rəhbəri qismində iclasda spikerin kürsüsündə əyləşdiyi üçün yerli müxalifət düşərgəsindən olan deputatların qəzəbinə tuş gəlib. Məhz buna görə də parlamentarilər assambleyanın işini dayandırmağa belə cəhd ediblər.
Qavrilov özü “RİA Novosti”-yə açıqlamasında bəyan edib ki, radikallar onun üzərinə hətta su da töküblər və sənədləri belə əlindən almağa cəhd ediblər. Rusiyalı deputat həmçinin qeyd edib ki, gürcüstanlı müxalifətçilərin qıcıqlanmasına səbəb onun guya ki, Abxaziyada silahlı konfliktdə iştirakı barədə məluatdır. Lakin Qavrilov əmin edir ki, o yalnız Kosovo və Suriyada humanitar əməliyyatlarda iştirak edib.
Nümayındə heyətinin rəhbəri “RİA FAN”-a müsahibəsində bəyan edib ki, assambleyanın işini pozmağa cəhddə, xüsusilə Ali radanın deputatı Viktor Zelenski başda olmaqla, həmçinin ukraynalı nümayəndə heyətinin üzvləri də iştirak ediblər.
Rusiyalı deputatın özlərinə görə assambleyanın işi qurtardıqdan sonra ukraynalı və gürcüstanlı radikallar parlamentin binasını ələ keçiriblər. Nəticədə rusiyalı nümayəndə heyəti oranı tərk etmək qərarına gəliblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB