Gürcüstanın səhiyyə nazirliyi Tbilisi parlamenti qarşısında baş vermiş qarşıdurmalar nəticəsində 240 nəfərin zərər çəkdiyini və xəstəxanalara aparıldıqlarını bildirib.
“Ümumilikdə yaralanan 240 pasientdən 80-i polisdir. Hazırda iki əməliyyat aparılır. Pasientlərdən birinin vəziyyəti stabil ağır olaraq qalmaqdadır”, Gürcüstanın səhiyyə nazirinin birinci müavini Zaza Boxua deyib.
Xatırladaq ki, hakimiyyət müxalifətçilərin istefa tələblərini rədd edib və müxalifətçilər bu gün axşam saatlarından başlayaraq, etiraz aksiyalarını davam etdirəcəklərini bəyan ediblər.

Müəllif: Rövşən
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB