Onlar həmişə Azərbaycan xalqına deyil, hansısa maraqlı dövlətlərə, xaricdəki antiazərbaycan dairələrə ümid bəsləyirlər
Sirr deyil ki, dağıdıcı müxalifətinin cilddən-cildə girərək dəyişdiyini, ermənilərlə əməkdaşlıq etdiyini, siyasi partiyaların kommersiya mərkəzinə çevrildiyini gözləri ilə görən heç bir kəs bu dəstənin ardınca getmir. Bu reallıq həm də belə deməyə əsas verir ki, onların limiti tamamilə tükənib.
Mövcud ictimai-siyasi vəziyyət, real faktlar isə belə deməyə əsas verir ki, 30 ilə yaxın dövrdə müxalifətin ciddi bir iş görməməsinin başlıca səbəbi Müsavat partiyası ilə AXCP arasında münasibətlərin düşmənçilik prinsipinə söykənməsidir. Digər tərəfdən, son illərdə Azərbaycan müxalifətinin cilddən-cildə girərək dəyişdiyini, ermənilərlə əməkdaşlıq etdiyini, siyasi partiyaların kommersiya mərkəzinə çevrildiyini gözləri ilə görən heç bir kəs bu dəstənin ardınca getmir. Dağıdıcılar həmişə Azərbaycan xalqına deyil, hansısa maraqlı dövlətlərə, xaricdəki antiazərbaycan dairələrə ümid bəsləyirlər. Belə ki, 1990-cı illərin əvvəlində AXC ölkənin qanunverici orqanında çoxluğu ələ almaq üçün 20 Yanvar faciəsindən də, 1992-ci ildə baş verən Xocalı soyqırımından da öz şəxsi maraqları üçün istifadə edirdi. Dəfələrlə 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verilməsi tələbi ilə çıxış edən Azərbaycan Xalq Cəbhəsi hakimiyyətə gəldikdən sonra nədənsə bu mövzunu “unutmağa” başladı. Onlar hakimiyyətdə olduqları dövrdə faciəyə siyasi-hüquqi qiymət vermək üçün öz imkanlarından istifadə etmədilər. Bu faktın özü artıq hər şeyi öz çılpaqlığı ilə ortaya qoymaqdadır.
Başqa tərəfdən, “Milli Şura” adlı ölü qurum da dağıdıcılıq proseslərində müəyyən rolunu alıb. Orada qısamüddətli maraqlar ətrafında birləşmiş dağıdıcı müxalifət içərisində parçalanmanı daha da dərinləşdirdi və marginal qruplaşma təsirini bağışlayan radikal müxalifət milli siyasi proseslərdə anti-milli ünsür kimi seyt-not vəziyyətinə düşdü. Bununla belə, siyasi məkanda müşahidə etdiyimiz tendensiyalar radikal müxalifətlə bağlı digər nüansları da qabartdı və sosiuma təqdim etdi.
Bəlli oldu ki, dağıdıcı müxalifətin təfəkküründə hakimiyyətə qarşı ifratçılıq hökm sürür, onlar dövlətə və milli maraqlara qarşı durur. Həmçinin, onlar özlərini cəmiyyətə siyasi sistemin, siyasi institutların, demokratiyanın, siyasi mədəniyyətin və vətəndaş cəmiyyətinin inkişaf etdirilməsinə təkan verə biləcək qüvvə kimi deyil, sırf ölkəni xaosa sürükləməyə çalışan, ancaq xarici anti-Azərbaycançı dairələrin siyasi direktivlərini həyata keçirən reneqatlar dəstəsi kimi göstərdilər. Hətta, Azərbaycanda demokratik mühit formalaşsa da, radikal müxalifət sivil siyasi mübarizə qaydalarına riayət edən instituta çevrilmək əzmində olmadığını, mövcud olan insan hüquqlarının yüksək səviyyədə təminatı şəraitindən, plüarizmdən, demokratik siyasi sistem quruluşundan, xüsusilə də, söz, ifadə və sərbəst toplaşmaq azadlıqlarından sui-istifadə edərək ölkəni anti-milli qüvvələrin poliqonuna çevirməyə cəhd göstərdiyini isbatladı. "Fəaliyyətinin" əsasında milli maraqların deyil, korporativ mənafenin və marginal qrup davranışlarının durması da radikal müxalifətin demokratik dəyərlərin və ideyaların daşıyıcısı olmadığını ortaya qoydu.
Bütün bunlar isə o əsası yaradır ki, xarici anti-Azərbaycan dairələrinin çirkin planlarının icraçısı kimi "beşinci kolon" rolunu alan, milli təfəkkür və düşüncə problemi yaşayan dağıdıcılar heç bir halda Azərbaycan cəmiyyətindən dəstək ala bilməyəcək. Azərbaycan dövlətinin hərtərəfli inkişafı ilə paralel siyasi şüur və siyasi mədəniyyət səviyyəsi də yüksələn cəmiyyətimiz dövlətçiliyə və milli maraqlara zidd addımlar atan, xarici siyasi qüvvələrin əlində təzyiq alətinə çevrilmiş destruktiv müxalifətin anti-milli çağırışlarına da cavab verməyəcək.
İ.ƏLİYEV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB