YAP Xocavənd rayon təşkilatı "Nəsimi-650" bədii qiraət müsabiqəsi keçirib
YAP Xocavənd rayon təşkilatında Azərbaycan ədəbiyyatında ictimai-fəlsəfi şeirləri ilə xüsusi yer tutan, klassik mütəfəkkir şair İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi münasibətilə bədii qiraət müsabiqəsi keçirilib.
Rayonun ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri arasında təşkil olunan müsabiqədə Nəsiminin şeirləri ifa olunub.
Gərgin keçən bədii qiraət müsabiqəsində münsiflər heyətinin yekdil qərarına əsasən, Xocavənd rayon Salakətin kənd tam orta məktəbinin X sinif şagirdi Sənəm Quliyeva I, Tuğ kənd tam orta məktəbin IX sinif şagirdi Samilə İsmayılova II, Salakətin kənd tam orta məktəbin XI sinif şagirdi Yaşar Məmmədov III yerə layiq görülüblər.
Müsabiqənin qalibləri hədiyyələrlə mükafatlandırılmış və Respublika Müsabiqəsində iştirak hüququ qazanmışlar..
ZÜMRÜD
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB