"Dövlət qeydiyyatından keçən dini icmaların sayı 940-a çatıb" Gündüz İsmayılov
"Azərbaycanda dövlət qeydiyyatından keçən dini icmaların sayı 940-a çatıb". SİA-nın verdiyi məlumata görə, bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədr müavini Gündüz İsmayılov Dövlət Komitəsinin yaradılmasının 18 illiyi ilə bağlı keçirilən tədbirdə deyib.
Sədr müavini xatırladıb ki, 2006-cı ildə dövlət qeydiyyatından keçən dini icmaların sayı 374, 2009-cu ildə 534, 2017-ci ildə isə 760 olub.
Qeyd olunub ki, Azərbaycanda bütün dini konfessiyaların fəaliyyətinə lazımi şərait yaradılıb, onlar dövlətin qayğısı ilə əhatə olunub. Ölkəmizdə bütün tarixi dövrlərdə etnik və dini icmalar arasında möhkəm dözümlülük əlaqələri formalaşıb, milli və dini zəmində heç bir ayrı-seçkilik faktı qeydə alınmayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB