Mərkəzi Bankın sədri Beynəlxalq Valyuta Fondunun nümayəndə heyətini qəbul edib

Mərkəzi Bankın sədri Beynəlxalq Valyuta Fondunun nümayəndə heyətini qəbul edib

Mərkəzi Bankın sədri Elman Rüstəmov Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə missiyasının yeni təyin olunmuş rəhbəri Nadim İlahinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

SİA-nın xəbərinə görə, görüş zamanı Azərbaycanda 2010-cu ilin iqtisadi yekunları və 2011-ci ilin prioritetləri, o cümlədən makroiqtisadi vəziyyət və bank sektorunun mövcud durumu, Mərkəzi Bankın məzənnə siyasəti strategiyası müzakirə olunub.

Missiya rəhbəri Nadim İlahi 2010-cu ildə Azərbaycanın müşahidə olunan iqtisadi artım, makroiqtisadi və maliyyə sabitliyinin qorunmasında Mərkəzi Bankın rolu ilə yanaşı ölkə iqtisadiyyatının diversifikasiyası məsələsinə də toxundu. Eyni zamanda, BVF-nin Maddələr Sazişinin IV məsləhətləşmələr bəndi üzrə gözlənilən missiyası ilə bağlı fikir mübadiləsi aparıldı.

Elman Rüstəmov 2010-cu ildə bank sekorunun inkişafı, Mərkəzi Bankın məzənnə siyasətinin orta və uzunmüddətli strategiyası, eləcə də maliyyə sabitliyinin gücləndirilməsi üçün görülmüş makroprudensial və nəzarət tədbirləri barədə ətraflı məlumat verib.

Görüşdə həmçinin, banklarda risk menecmentin təkmilləşdirilməsi, bank sistemində konsolidasiya ətrafında fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə