Masallı Telekommunikasiya Qovşağındakı partlayışda ölən və yaralananların ailələrinə birdəfəlik yardımlar veriləcək

Masallı Telekommunikasiya Qovşağındakı partlayışda ölən və yaralananların ailələrinə birdəfəlik yardımlar veriləcək

Masallı rayonunda olan Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasov jurnalistlərə açıqlamasında binanın qəzalı vəziyyətdə olması versiyasını istisna edib. SİA-nın cənub bürosunun məlumatına görə, nazir əlavə edib ki, binada hər hansı qəzalı vəziyyət, nasazlıqla bağlı indiyədək heç bir şikayət daxil olmayıb.

Nazir Əli Abbasov Masallıda Telekommunikasiya Qovşağında baş vermiş partlayış nəticəsində həlak olan, yaralanan şəxslərin ailələrinə birdəfəlik yardımlar ayrılması barədə də əmr imzalayıb. Əmrə görə, həlak olan şəxslərin ailələrinin hər birinə 5 min manat, xəstəxanada müalicə olunanların hər birinə 2 min manat, xəstəxanada ilkin tibbi yardım alıb evə buraxılan şəxslərin hər birinə isə 1000 manat olmaqla birdəfəlik yardım göstəriləcək.

Həmçinin bildirib ki, bundan sonra xəstəxanada olanların bütün ehtiyacları nazirlik tərəfindən ödəniləcək. ]

Qeyd edək ki, rayonda telefon rabitəsini bərpa etmək üçün Bakıdan avadanlıqlar gətirilib. Günün sonuna qədər kəndlərlə telefon rabitəsinin bərpa olunacağı gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə