Ermənistan ordusunun işğal altındakı Dağlıq Qarabağ ərazisində xidmət edən əsgəri qətlə yetirilib
İşğal olunmuş Dağlıq Qarabağ ərazisində yerləşən hərbi hissələrin birində insident baş verib. SİA-nın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, 6 fevral tarixində Azərbaycanın işğal altındakı ərazilərindən birində erməni əsgəri olan Qevork Andranikoviç Kotinyan qətlə yetirilib. Hadisənin detalları açıqlanmır. Əsgərin qətlə yetirilməsinin səbəbi hələ ki məlum deyil.
Hazırda faktla bağlı hərbi prokurorluq tərəfindən araşdırma aparılır. Qeyd edək ki, artıq Ermənistan ordusunda əsgəri qətlə yetirmək adi hala çevrilib. Belə ki, sonuncu dəfə bir əsgər 6 əsgər yoldaşını qətlə yetirmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB