Politoloq: "Münhendə keçirilən görüşlərdən sonra Dağlıq Qarabağla bağlı proses canlanacaq"
Münhendə keçirilən təhlükəsizlik konfransı çərçivəsində Ermənistan prezidenti Serj Sarksiyanla ABŞ-ın dövlət katibi Hillari Klinton arasında keçirilən görüş böyük əhəmiyyət kəsb edir. Bu sözləri politoloq Qabil Hüseynli SİA-ya açıqlamasında deyib. O bildirib ki, görüşün daha bir müsbət cəhəti ondan ibarətdir ki, ABŞ həm də ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrindən biridir. Onun sözlərinə görə, Dağlıq Qarabağla bağlı danışıqların hazırki mərhələsi dalana dirənmiş bir vəziyyətdədir. "Ermənilərin qeyri-konstruktiv mövqeləri ucbatından danışıqlar prosesini canlandırmaq mümkün olmur. Yəqin ki, Münhendə keçirilən təhlükəsizlik konfransı çərçivəsində Ermənistan prezidenti Serj Sarksiyanın həm Hillari Klionton, həm də ölkəmizin xarici işlər naziri Elmar Məmmədyarovla görüşündən, həmçinin Rusiyanın problemin həlli ilə bağlı müəyyən cəhdlər etməsindən sonra proses müəyyən qədər canlanacaq. Xüsusilə də qarşıda prezidentlərin görüşü gözlənilir. Əgər prezidentlərin görüşü alınarsa, bu o deməkdir ki, Dağlıq Qarabağla bağlı danışıqlar prosesinə yeni bir dinamika gəlir. Güman edirəm ki, münaqişə ilə bağlı Azərbaycanın mövqeyi getdikcə hamıya daha yaxşı bəlli olur. Çünki Azərbaycan israrla öz ərazi bütövlüyünü tələb edir, əks təqdirdə məsələnin hərbi müstəviyə çıxacağını vəd edir. Bütün bunlar dünya diplomatiyasına, ermənilərə ayrıca təsir göstərməlidir. Yəqin ki, Klinton da bunları başa düşməmiş deyil", - deyə Q. Hüseynli qeyd edib.
Ermənilərin Dağlıq Qarabağla bağlı hər zaman kəskin bəyanatlar səsləndirdiyini dilə gətirən politoloqun fikrincə, Münhendəki görüşlərdə Ermənistan üzüyola kimi görünürdü. O əlavə edib ki, əgər Ermənistana xüsusilə də Rusiya tərəfindən təzyiqlər artarsa, o zaman prezidentlərin növbəti görüşü konstruktiv müstəviyə çıxa bilər.
Qeyd edək ki, ötən gün Münhendə keçirilən təhlükəsizlik konfransı çərçivəsində Ermənistan prezidenti Serj Sarksiyanla ABŞ-ın dövlət katibi Hillari Klinton arasında görüş olub. Bundan əlavə Ermənistan prezidenti ilə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov arasında da görüş keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB