Ermənistanda keçmiş qubernatora qarşı cinayət işi açıldı

Ermənistanın Syunik vilayətinin keçmiş qubernatoru Surik Xaçaturyana qarşı cinayət işi açılıb. SİA Ermənistan KİV-nə istinadən xəbər verir ki, Xaçatryan vəzifə səlahiyyətlərini aşmaqda ittiham olunur.

2016-cı ildə Xaçaturyan gərgin münasibətlərdə olduğu bir qrup şəxslə mübahisə edərək onların almaq istədiyi torpaq sahəsinin başqa şəxsə satılmasına göstəriş verib. Satış prosesi saxta sənədlər əsasında həyata keçirilib.

Faktla bağlı Xaçaturyana qarşı cinayət işi açılıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə