Hərbçi ekspert: “Ermənilər hərbi təlimlərdə vaxtı keçmiş mərmilərdən istifadə edirlər”
"Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdə hərbi təlimlərə başlaması yalnız görüntü məqsədi daşıyır". Bunu SİA-ya açıqlamasında hərbçi ekspert polkovnik İldırım Məmmədov deyib. Onun sözlərinə görə, hərbi təlimlərdə istifadə edilən bütün silahlar vaxtı bitən mərmilərdir. Belə ki, həmin mərmilərin zavodda məhvi vaxt və madiyyat itkisi ilə üzləşdiyi üçün hərbi təlimlərdə məhvi daha müsbət xarakterizə olunur: "Rusiyanın Ermənistan ərazisində yerləşən Gümrü hərbi bazasında kifayət qədər quru qoşunlar üçün silah mövcuddur. Bu zəmində Gürcüstan ərazisindən çıxarılan silahların bir qismi həmin hərbi bazaya yerləşdirilib. Eyni zamanda toplar üçün mərmilər də var. Lakin vaxt çatıb ki, sursatlar dəyişdirilsin. Yəni onların saxlama müddəti mövcud olduğu üçün həmin silahların dəyişdirilməsinə ehtiyac duyulur. Çünki vaxtı bitən silahları dəyişdirilməyəcəyi təqdirdə pis nəticələr verə bilər. Belə ki, vaxtı bitən silahlar atəş vaxtı müxtəlif fəsadlar törədir. Silahı sıradan çıxardır. Bu zəmində ermənilər məhv olunan silahları hərbi təlimlərdə istifadə edir. Bundan əlavə müəyyən yerlər seçilir ki, həmin vaxtı keçən silahlar məhv edilir. Ona görə də ən yaxşı variant isə hərbi təlimlərdə döyüş hazırlığı çərçivəsində onları istifadə etməkdir".
Ekspert hesab edir ki, hərbi təlimləri keçirməkdə əsas məqsəd Azərbaycan ordusu və əhalisi qarşısında bir növ özünü göstərmək durur. Çünki cəbhəyanı ərazilərdə yerli əhali bu hərbi təlimlərin səsini eşidir, eyni zamanda onlara bəllidir ki, Azərbaycan ordusunun kəşfiyyat dairələri də daim bu vəziyyəti izləyirlər: "Bunlar sadəcə Azərbaycan cəmiyyətinə özünü göstərməkdən başqa heç nə deyil. Guya ki, onların külli miqdarda silah-sursatı var və onlar bilmir, bunu nə üçün istifadə etsinlər? Amma burada əsas məqsəd təbliğatdır. Əhalidə xof yaratmaq üçündür. Bütün müharibələrin əsas hissəsi informasiya müharibəsidir. Buna görə də onlar bu cürə halları daha çox mətbuatda yaymağa başlayıblar. Fikirləri var ki, bu sahədə nəsə əldə etsinlər. Ermənilərin özləri də çoxdan bilirlər ki, onlar quyunu dibində oturublar. Onların Azərbaycan ordusunun qarşısında dura biləcək qüvvəsi yoxdur. Ona görə də, onların heç bir formada gücü çata bilmədiyi üçün bu cür addımlar atırlar. Lap suda boğulanın samana güvəndiyi kimi".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB