Millət vəkili: “Metyu Brayzanın Azərbaycana gəlməsi ikitərəfli münasibətlərə müsbət töhfə verəcək”
"ABŞ-ın Azərbaycanda səfirinin olmaması iki ölkə münasibətlərində bəzi məhdudiyyətlər yaradırdı". SİA-ya açıqlamasında bu sözləri millət vəkili, politoloq Rasim Musabəyov uzun fasilədən sonra ABŞ-ın Azərbaycana təyin etdiyi səfiri Metyu Brayzanın Bakıya gəlməsinə münasibət bildirərkən deyib.
Yeni səfirin savadlı və Azərbaycanla yaxşı əlaqələrin olduğunu deyən millət vəkili bildirib ki, o, Azərbaycanın iki problemi ilə yaxından tanışdır: "Metyu Brayza Dağlıq Qarabağ problemi və Xəzər dənizinin enerji məsələləri ilə yaxından məşğul olub. Düşünürəm ki, onun Azərbaycana gəlməsi ikitərəfli münasibətlərə müsbət töhfə verəcək".
R.Musabəyov Münhendə keçirilən 47-ci Təhlükəsizlik Konfransında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ilə ABŞ-nın dövlət katibi Hillari Klintonun görüşünə də toxunub. Millət vəkili görüş zamanı tərəflərin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi məsələsini ətraflı müzakirə etməsinin əhəmiyyət daşıdığını vurğulayıb: "Sözügedən konfransda bir çox ölkə siyasətçisi iştirak edirdi və Hillari Klintonla görüşmək istəyirdi. Ola bilsin ki, onlara heç vaxt tapılmadı. Nəzərə alsaq ki, ABŞ-ın diqqəti Misirə, Tunisə yönəlib, iqtisadi böhran var. Bütün bu məsələlər arasında ABŞ dövlət katibinin həm Elmar Məmmədyarovla, həm də Serj Sarkisyanla görüşməsi onu göstərir ki, ABŞ Dağlıq Qarabağ məsələsi ilə bağlı hansısa töhfə vermək niyyətindədir. Bunun nə qədər olacağını, yaxud da yetərincə olub-olmamasını isə gələcək göstərəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB