YAP-da Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib TƏDBİR-VİDEO-FOTOLAR
Yeni Azərbaycan Partiyasının (YAP) inzibati binasında 15 İyun - Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə YAP-ın sədr müavini-icra katibi Əli Əhmədov, partiyanın üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əli Əhmədov bildirib ki, 15 iyun Azərbaycanın müasir tarixinin ən əhəmiyyətli hadisələrindən biridir: "Ölkənin müasir tarixi Heydər Əliyevin 1993-cü ilin iyun ayında hakimiyyətə qayıdışı ilə bilavasitə əlaqəlidir. 90-ci illərin əvvəllərində müstəqillik bərpa ediləndən sonra hansı ağır, keşməkeşli günləri yaşadıqlarımızı yaxşı bilirik. O zamankı hakimiyyətin böyük təhlükə mənbəyi olduğunu da unutmamışıq".
YAP sədrinin müavini-icra katibi vurğulayıb ki, Azərbaycanın mövcudluğu, müstəqilliyi təhlükə altında idi, xoşagəlməyən proseslər hökm sürürdü: "Xaos, dərəbəylik adi hal almışdı. Bütün bunlar cəmiyyəti böyük bəla içərisinə salmışdı. Yalnış tarixi qayıdışdan sonra Azərbaycan böyük bəlalardan xilas oldu, sabitlik, əmin-amanlıq yarandı və Azərbaycan inkişaf dövrünü yaşayaraq bu günə gəlib çatıb".
YAP icra katibinin müavini Mübariz Qurbanlı deyib ki, Azərbaycan xalqı faktiki olaraq 22 ildir bu bayramı qeyd edir: "Tarixdə hər hansı bir hadisə baş verirsə, ona eyni gündə qiymət vermək olmur. Buna zamanla layiqli qiymət verilir. Bu gün Azərbaycan Cənubi Qafqazın lider dövlətidir. Beynəlxalq təşkilatlarda ciddi rol oynayır".
Daha sonra tədbir bağlı qapılar arxasında davam edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB