WikiLeaks: “Erməni nazir beynəlxalq qurumdan 3 milyon dollar rüşvət istəyib” - FAKT
WikiLeaks saytı Ermənistanla bağlı növbəti materiallarını dərc edib. Belə ki, xəbərdə korrupsiyanın baş alıb getdiyi Ermənistanda dövlətin yüksək rütbəli məmuru tərəfindən xarici investordan 3 milyon ABŞ dolları həcmində rüşvət alınması barəsində məlumat yer alıb. SİA-nın erməni KİV-nə istinadən verdiyi xəbərə görə, bu dəfə nəzər nöqtəsində Ermənistanın ətraf mühitin mühafizəsi naziri Vardan Ayvazyandır. Belə məlum olub ki, nazirin rüşvətxorluğu ölkəsinin rəhbərliyinə də bəlli imiş, lakim kimsə onu durdurmaq üçün həvəs göstərmirmiş.
WikiLeaks-in dərc etdiyi məlumata görə, 2005-ci ilin iyununda nazir qızıl hasilatı ilə məşğul olan beynəlxalq qurum - Global Gold Corporation (GGC) şirkətindən düz 3 milyon dollar rüşvət tələb edib. Bunu ABŞ-ın Ermənistandakı sabiq müvəqqəti işlər vəkili Entoni Qodfri də təsdiq edib. Onun sözlərinə görə, Ermənistanda da fəaliyyət göstərən qurum bir sıra yataqların işlənməsi üçün lisenziya almaqda ciddi çətinliklərlə üzləşib. Lisenziyanın müqabilində təşkilatdan 3 milyon dollar rüşvət istənilib. Qurum ABŞ-ın Ermənistandakı səfirliyinə müraciət edərək bildirib ki, hökumət rüşvət verməyəcəkləri təqdirdə onlara problemlər yaradacağını bildirir.
Qeyd edək ki, 2006-cı ilin iyununda ətraf mühitin mühafizəsi naziri mətbuata açıqlama verərək bildirib ki, onlar GGC-nin 2 yatağın işlənməsinə dair lisenziyasını ləğv edib. O, buna səbəb kimi qurumun "razılaşdırılmış istehsal planına əməl etməməsini" göstərib. Nazir həmçinin şirkətlə bağlı olan bütün sənədlərin Baş Prokurorluğa göndərildiyini vurğulayıb.
Xatırladaq ki, qeyd olunan şirkət Ermənistan hakimiyyətini Beynəlxalq Arbitraj məhkəməsinə versə də konkret nəticə hələ də əldə olunmayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB