Gürcüstanda gəmi qəzasında xəsarət alanların üçü Azərbaycan vətəndaşıdır

Gürcüstanda gəmi qəzasında xəsarət alanların üçü Azərbaycan vətəndaşıdır

Gürcüstanın cənubunda subasma baş verib. SİA-nın "Qruziya online" saytına istinadən verdiyi xəbərə görə, həmin ərazidən keçən Oqaxura çayı məcrasından çıxaraq yaxınlıqdakı bir neçə kəndi su altında qoyub. Nəticədə 200-dən artıq fərdi evin birinci mərtəbəsi, zirzəmiləri və həyətyanı sahələri su altında qalıb. Tələfatın və xəsarət alanların olmadığı bildirilib. Mənbəyə əsasən, son günlər davam edən güclü külək bəzi ərazilərdə elektrik təchizatına da ciddi ziyan vurub.

 

Eyni zamanda Gürcüstanın qərbində yerləşən Poti şəhəri sahilində gəmi qəzası baş verib. Verilən məlumata əsasən, limanda dayanmış Ukraynaya məxsus "Qriqoriy Petrovskiy" adlı yük gəmisi mühafizə bəndinə çırpılıb. Nəticədə, gəmi iki hissəyə bölünərək batıb. Hadisə zamanı gəminin göyərtəsində olan 11 nəfər heyət üzvü dərhal xilasedicilər tərəfindən xilas edilib.

 

Onlardan 3-ü Azərbaycan, 7-si Ukrayna, 1 nəfərin isə Rusiya vətəndaşı olduğu bildirilir. Xəsarət alanların və tələfatın olmadığı bildirilir. Hadisə zamanı gəmidə yük olmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə