Bizim də pilotsuz təyyarələrimiz cəbhə xətti boyunca uçur. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istindın xəbər verir ki, bunu parlamentdə David Tonoyan jurnalistlərə açıqlamasında deyib.
Məlumata görə erməni müdafiə naziri Davud Tonoyan bu gün cəbhə xəttinin uzunluğu boyunca Azərbaycan hərbi aviasiya təlim uçuşlarının artırılması barədə jurnalistlərin iradlarına saymazyana reaksiya verib.
David Tonoyan Türkiyə-Azərbaycan hərbi təlimləri barədə şərh verməkdən də imtina edib və hazırda onları araşdırdıqlarını deyib.
Gərginlik fonunda müharibə təhdidləri və müharibə təhlükəsi barədə iradlara isə Tonoyan, "əgər müharibə dərhal olarsa, bu barədə mütləq məlumat verəcəyəm",-deyə cavab verib.
Göründüyü kimi, hərbi təlimlər ermənilərin kürkünə birə salıb və qorxularını da gizlədə bilmirlər. Müdafiə naziri isə artıq öz əsassız hədələmə ritorikasından əl çəkib və bəlli olur ki, onun özünün də digərləri kimi canına qorxu düşüb. Tonoyan şərh verməkdən imtina etməklə özünü faş edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB