Milli Qurtuluş Günü - Azərbaycan xalqının xilaskarlıq və zəfər tarixi TƏHLİL
1993-cü il 15 iyun Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olub. Ona görə ki, həmin gün dövlətçiliyimiz yox olmaq təhlükəsindən xilas edilib, onun mövcudluğu tarixində yeni bir dövrün başlanğıcı qoyulub. 1991-ci il 18 oktyabr tarixinda “Müstəqillik Aktı”nın qəbul edilməsinə baxmayaraq cəmi 1 il yarım ərzində Azərbaycan dərin siyasi-iqtisadi böhranla üzləşdi. Tarixin müxtəlif dönəmlərində olduğu kimi bu zaman da daxili cəkişmələrin və bundan istifadə edən xaricdəki qara qüvvələrin əməlləri nəticəsində dövlətciliyimizə cox ağır zərbələr vürulmuşdu. Növbəti belə vəziyyət XX əsrin 90-cı illərində Azərbaycanın bölüşdürülməsi və onun bir dövlət kimi tarix səhnəsindən silinməsi planını reallaşdırırdı. Ona görə də Milli Qurtuluş məfhumu ilə bağlı biz həmin dövrün hadisələrinə dərin məntiq və əsaslı müaqyisələrlə yanaşmalı, bu əsasda aparılan siyasiətin mahiyyətinə hökmən varmalıyıq.
SSRİ dağıldıqdan sonra bir sıra xarici və daxili siyasi qüvvələr elə vəziyyət yaratdılar ki, rus qoşunlarının Azərbaycandan cıxarılması o vaxtki hakimiyyət tərəfindən cox kəskin şəkildə qoyuldu. Lakin bu qüvvənin cıxarılmamasının tərəfdarları da vardır. Cünki, bəzi qruplar bundan Azərbaycandakı vəziyyəti nəzarətdə saxlamaq ücün istifadə etmək istəyirdilər. Bu məsələyə dair müzakirələr həmin vaxt Azərbaycanla- Rusiya arasındakı münasibətləri bir qədər də soyutmağa səbəb oldu. Nəticə etibarilə canlı qüvvə cıxarıldı, texnika saxlanıldı. Cox təəssüflər olsun ki, elə bu texnikanın gücü ilə daxilimizdə siyasi avantüra təsiri altına düşmüş bir sıra qruplaşmalar dəfələrlə dövlət cevrilişi etməyə sövq edildi, xarici qüvvələrin təsiri ilə Azərbaycanı parcalamaqla hərə bir vəzifə idiasına düşdü. Dövlət idarəciliyinin məsuliyyətini dərk etmədən, regiondakı siyasi gedişlərin Azərbaycan ücün təsir dairələrini analiz edə bilmədən onları bu işə təhrik edən qüvvələrin məkrli planlarının qurbanına cevrildilər. Nəticədə belə vəziyyət vətəndaş müharibəsinə, dövlətə və onun qanunlarına itaətsizliyə gətirib cıxardı. Bu Azərbaycanı asanlıqla bir necə yerə parcalamaq ücün hazırlanmış planın həyata kecirilməsinə münbit şərait yaratmış oldu. Anarxiyanın baş alıb getməsi ilə həmin planın həyata kecirilməsi Azərbaycanı tarixdən silməyin bir addımlığına gətirib cıxarmışdı. Dövlətin və mərkəzi hakimiyyətin ifrat zəifliyindən istifadə edən məkrli qüvvələr separatçı hərəkata rəvac verdilər. Cənubda Talış-Muğan respublikası elan edilmiş, şimalda “Sadval” hərəkatı baş qaldırmışdı. Azərbaycanın qərbində mərkəzdən qacma meylləri plan olaraq ortaya atılmış və demək olar ki, dövlətin parçalanması baş vermişdi. Belə bir vəziyyətdən cıxış yolu tapmaq ona görə ikiqat tarixi məsuliyyəti yaratmışdır ki, öz havadarlarının köməyi ilə Azərbaycanın tarixi ərazisi kimi Dağlıq- Qarabağın işğal edilməsinə dair siyasəti bir sıra böyük dövlətlər və Azərbaycanın müstəqilliyini sarsıtmağı həyata kecirmək istəyən qüvvələr eyni vaxtda növbəti dəfə də zəif ermənicilk sindromundan istifadə etdilər. Daxili cəkişmələrin dövlətciliyimizi zəiflətməsi ilə Dağlıq-Qarabağda tarixi ərazilərimizin dalbadal itirilməsi böyük siyasi oyunların cirkin niyytələrini reallaşdırmağa imkan yaratdı. Yüzlərlə faktın biri kimi deməliyik ki, 1992-ci ildə İran İslam Respublikasında həmin ölkənin vasitəciliyi ilə Azərbaycanla Ermənistan arasında imzalanmış atəşkəs haqqında sənədin mürəkkəbi qurumamış qədim Azərbaycan şəhəri Şuşa dərhal xarici qüvvələrin dəstəyi ilə işğal edildi. Həmin vaxt İİR Prezidenti Rəfsəncaninin Ter-Petrosyanla bu barədə danışıqlarında ermənilərin bu işdə xarici qüvvələrin əlində siyasi vasitə olmasını etiraf etməsi faktiki olaraq Azərbaycanın tarix səhnəsində qalıb qalmamasını sual altında qoyurdu.
Bu gün hər birimiz peşəsindən asılı olmayaraq düşünməliyik ki, həm də naşı idarəcilik, siyasi səbatsızlıq vəziyyəti bu həddə catdırmışdır və o dövrdə vəziyyəti nəzarətdə saxlamaq ücün hec bir yol qalmamışdır. Tarixin bu cətin məqamında Azərbaycan xalqı öz müdrikliyini göstərərək dövlətciliyimizin tarix səhnəsindən silinmə anında xalqının xilaskarlığını öz üzərinə götürə biləcək yeganə siyasi liderinə- Heydər Əliyevə etibar etdi. Xalqın istəyinə üyğun olaraq o vaxtkı hakimiyyətin və ziyalıların tələbi ilə Heydər Əliyev Bakıya dəvət edildi. 1993 cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi. Ulu Öndər böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü. Cox cətin siyasi vəziyyətin hökm sürməsinə baxmayaraq böyük siyasətə başladı. Xüsusi qeyd edilməlidir ki, Ulu Öndər Heydər Əliyevin dahiliyi onunla özünü təsdiq etdi ki, o xalqı uğrunda əlində hec bir qüvvə olmadan, böyük risklərə gedərək siyasət meydanına girmişdir. Bu vaxt onun ideyalarından yaranmış Yeni Azərbaycan Partiyasının qarşısına qoyduğu dövlətcilik rüşeymləri tez bir vaxtda ziyalıları, təfəkkür sahiblıərini bir araya gətirdi və Heydər Əliyevin ideyaları xalq icərisində güclü sosial baza topladı. Odur ki, onun dahiliyi siyasi təcrübəsi az vaxtda öz bəhrəsini verdi. Ölkədə uzun illər davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu. Beləliklə, bu mühüm tarixi gün xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi həkk olundu və 1997-ci ilin 15 iyun tarixindən bayram kimi qeyd olunur. Bəli haqlı olaraq qədirbilən xalqımız böyük xilaskarının xidmətlərini unutmur, 1998-ci ildən isə Milli Məclisin qərarı ilə rəsmi dövlət bayramı statusu alaraq tariximizə Milli Qurtuluş günü kimi daxil olmuşdür.
Milli Qurtuluş tarixi bizə nə verdi?
Bu cox böyük mövzudur və hesab edirik ki, müxtəlif peşə sahibləri bu mövzu ətrafinda yazmaqdaırlar və yenədə yazacaqlar. Tarix bizi yeni sınaqlara cəkdikcə biz bu mövzuya müraciət edəcəyik. Bir sübuta ehtiyacı olmayan həqiqəti həmişə hər yedə deməliyik ki, Heydər Əliyevin qayıdışı ilə Azərbaycanın müasir tarixinin yeni mərhələsi başladı. Xaos, anarxiya aradan qaldırıldı, sabitlik təmin edildi, erməni təcavüzü dayandırıldı, separatizmin kökü kəsildi, Azərbaycanın bütövlüyü nəinki qorunub saxlanıldı o, dünya səhnəsinə yeni mədəniyyət gətirən, zəngin mənəvi xəzinənin bəşəri dəyərlərlə sintezini yaradaraq qədim köklərə mailk bir xalqın öz tarixi haqqını özünə qaytardı. Bu siyasət xalqımızın bəşəriyyət qarşısında öz layiqli yerini tapmasına dair fündamental bir tarix yazdı. Elə bir tarix ki, o bizi uzun əsrlər qoruyacaq, müşayət edəcək və bu xalqı isəməyənlərə tutalı cavab verərək onların mənfur fikirlərini alt-üst edəcək. Azərbaycan xalqının xilaskarı, Ulu Öndər Heydər Əliyevin siyasi varisi kimi Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti bu gün dünyda günü-gündən atdığı uğurlu addımlarla həm də onu sübuta yetirməkdədir ki, Heydər Əliyev Azərbaycanla yanaşı böyük bir regionun taleyinin xilaskarlıq missiyasını həyata keçirmiş, öz siyasi iradəsi ilə dünyaya həmrəylik, regiona sabitlik, inkişaf, tərəqqi çağırışlarını yenilməz siyasi iradəsi, özünün dünyadakı şəxsi nüfuzu sayəsində praktiki baxımdan tətbiq etmişdir.
Sənan Həsənov,
AMEA, Fəlsəfə İnstitutunun aparıcı elmi işcisi, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent,
Yeni Azərbaycan Partiyası AMEA, Fəlsəfə İnstitutu Təşkilatının sədri
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB