Moldovanın prezidenti İqor Dodon, Demokrat Partiyanın sədr müavini Pavel Filipin parlamenti ləğv etmək və erkən seçkiləri keçirmək üçün imzaladığı fərmanı ləğv etdiyini açıqlayıb. SİA bu barədə RİA "Novosti"yə istinadən xəbər verir.
Dodonun sözlərinə görə, o, parlament fraksiyaları ilə məsləhətləşmələr aparıb.
"Filipin parlamentin buraxılması və 6 sentyabrda növbədənkənar seçkilərin keçirilməsinə dair fərmanının konstitusiya normalarına zidd olduğu müəyyən edilib. Bu səbəbdən mən fərmanın ləğvinə dair sərəncam imzaladım", deyə o açıqlayıb.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB