"Azərbaycan hələlik sülh yolunu tutub" ÖZƏL-MÜNASİBƏT

"Azərbaycan hələlik sülh yolunu tutub" ÖZƏL-MÜNASİBƏT

"Bir neçə gün bundan əvvəl Azərbaycan növbəti şəhidini verdi. Çox təəssüflər olsun ki, ermənilər tərəfindən yenə də təxribata əl atıldı. Artıq son 10-15 gündə iki şəhid verdik. Biz ilk şəhidimizi ATƏT-in Minsk qrupu həmsədrlərinin Azərbaycana səfəri zamanı verdik. Onlar gedəndən sonra isə ikinci şəhidimizi verdik. Təbii ki, burada Ermənistan müdafiə nazirinin verdiyi bəyanat növbəti bir təxribat idi. Çünki biz bilirik ki, Ermənistanın daxilində siyasi böhran get-gedə dərinləşir". Bunu SİA-ya açıqlamasında millət vəkili Cavid Osmanov deyib.

Deputatın sözlərinə görə, ümumiyyətlə belə təxribatlara əl atılır ki, bütün fikirlər məhz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə yönəlsin və oradakı vəziyyət bir qədər də gərginləşsin: "Ermənistanın daxilində Paşinyan komandası ilə keçmiş prezident Koçaryan və Sarkisyan bunlar hamısı birləşərək qarşı-qarşıya gəlirlər. Ona görə də bu cür təxribatçı bəyanatlarla çalışırlar ki, bütün fikirləri məhz münaqişə zonasına yönəltsinlər. Biz bilirik ki, heç bir Azərbaycan şəhidinin qanı yerdə qalmayacaq. Azərbaycan Prezidentinin mövqeyi ondan ibarətdir ki, bütün məsələlər Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Azərbaycan hələki sülh yolu ilə getmək istəyir. Bunlar isə çalışırlar ki, belə təxribatlarla danışıqların üzərindən xətt çəksinlər və danışıqlar prosesini uzatsınlar".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə