Paşinyanın əsəbi qərarı əks təsir göstərir – QARALAR ARTIR

Paşinyanın əsəbi qərarı əks təsir göstərir – QARALAR ARTIR

Ermənistanın baş naziri Nikol Paşinyan bu yaxınlarda hakimiyyət yığıncağının gedişində qara geyimlilərin tapılması, onların paltarlarına rəngli kəpənəklər taxılması və qanuna tabeçiliyə dəvət edilməsi ilə çıxış edib. Paşinyanın bu çıxışı və tapşırığı ayrı-ayrı müzakirə mövzusuna çevrilib və bir çoxlarının fikrincə şəhərdə qara libasda gəzmək təhlükəyə çevrilib. SİA xəbər verir ki, bu barədə Ermənistana məxsus 1in.am saytında məlumat yayımlanıb.

Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanetsyan, jurnalistlərə verdiyi müsahibədə, bunların nifrət və güc tətbiqini dəstəkləyən dairələr olduğunu açıqlayıb. "Əgər konkret hallar mövcud olarsa və cəza nəzərdə tutularsa, qanunla bizə verilmiş olan bütün səlahiyyətlərlə bu şəxslər üçün cəza tətbiq olunacaq ki, belə şəxslər cəmiyyətdən təcrid olunsun", - deyə Milli Təhlükəsizlik Xidmətinin direktoru bildirib.

Qeyd edək ki, Paşinyanın əsəbi çıxışı artıq öz əks effektini göstərib. İndi baş nazirin davranışına etiraz olaraq qara geyimlilərin sayı durmadan artır. Öz vəziyyətindən, yaşayış şəraitindən, həyat səviyyəsindən narazı adamlar bu addıma əl atırlar. Həm da artıq Ermənistan küçələrində hakimiyyətin diktə etmək istədiyinin əksi təşkil olunur və əleyhinə dərhal etiraz aksiyaları keçirilir. Erməni politoloqunun belə etiraf etdiyi kimi, artıq Paşinyan eyni zamanda hakimiyyəti və küçəni nəzarətdə saxlaya bilmir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə