İrəvanla Dağlıq Qarabağ separatçıları arasında problemlər dərinləşir
"Ermənistanla Dağlıq Qarabağ arasında gərginlik olmamalıdır". SİA Ermənistana məxsus lragir.am saytının məlumatına istinadən xəbər verir ki, bu sözləri Dağlıq Qarabağın qondarma "prezidenti"nin "mətbuat katibi" David Babayan deyib.
“Cari problemlər hər zaman olub, amma bu problemlərin dərinləşdirilməsi yolverilməzdir”, - deyə Babayan bildirib.
Xatırladaq ki, artıq Dağlıq Qarabağ separatçıları ilə Ermənistan hakimiyyəti arasında uzun zamandır problemlər yaşandığı və bu problemlərin get-gedə dərinləşdiyi dünya ictimaiyyətinə bəllidir. Tərəflər arasında gərginlik hələ də davam etməkdədir və bu gərginlik hər iki tərəfi narahat edir.
Müəllif: İnam Hacıyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB