Robertino Loretti konsertinin sürprizləri açıqlanıb - FOTO

Robertino Loretti konsertinin sürprizləri açıqlanıb - FOTO
Fevralın 13-də Heydər Əliyev Sarayında Robertino Loretti konsertinin ən böyük sürprizi açıqlanıb. Bu barədə SİA-ya Sarayın mətbuat xidmətinin rəhbəri Anar Fərəczadə məlumat verib. Bildirilib ki, əfsanəvi müğənninin səhnədən zala enərək tamaşaçılarla bərabər özünün ən populyar mahnılarını ifa etməsi və müğənninin və tamaşaçıların bəyəndiyi ifanı şəxsən öz adından mükafatlandırılması olacaq.

Mükafatlar arasında müğənni ilə konsertdən sonra baş tutacaq banketin iştirakçısı olmaq, önümüzdəki aylarda Heydər Əliyev Sarayında keçiriləcək konsert proqramlarından birində iştirak etmək üçün 2 dəvətnamə, ətriyyat dəsti və müğənni ilə bir Sarayın səhnəsində mahnı ifa etmək.

Bütün xəbərlər Facebook səhifəmizdə