Türkiyə-Azərbaycan birgə təlimləri ermənilərdə böyük xof yaradıb

Türkiyə-Azərbaycan birgə təlimləri ermənilərdə böyük xof yaradıb

“Azərbaycan və onun müttəfiqi olan Türkiyə ikitərəfli hərbi-siyasi əlaqələri dərinləşdirməkdə davam edir və silahlı qüvvələr arasında müxtəlif formatlarda təlimlər keçirilir. Bu iki ölkənin "Bir millət, iki dövlət" şüarını rəhbər tutaraq strateji müttəfiqliyi davam etdirdiyi gizli deyil, ancaq son zamanlarda Ermənistanın şərq və qərb qonşuları daha yüksək hərbi fəallıq göstərirlər. Əlbəttə ki, bunun xüsusilə Ermənistan sərhədindən bir neçə kilometr məsafədə olması Ermənistanda narahatlığa səbəb olmaya bilməz.” SİA Ermənistana məxsus 1in.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu sözləri Rusiyalı hərbi ekspert, Moskva Siyasi və Hərbi Təhlil İnstitutunun direktor müavini Aleksandr Xramçixin deyib.

Onun sözlərinə görə, Azərbaycanın təhdidlərindən sıxıntı keçirən ermənilər üçün Türkiyə ilə Azərbaycanın birgə hərbi təlimlər keçirməsi böyük xof yaradıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə