Qazaxıstanın yeni prezidenti iyunun 12-də and içəcək

Qazaxıstanın yeni prezidenti iyunun 12-də and içəcək

"Qazaxıstanın Mərkəzi Seçki Komissiyası (MSK) müvafiq rəsmi işləri başa çatdırsa, yeni prezidentin andiçmə mərasimi iyunun 12-də keçiriləcək". SİA RİA “Novosti”yə istinadən xəbər verir ki, bunu ötən gün keçirilən prezident seçkilərdə qalib gəlmiş Kasım-Jomart Tokayev bildirib.

Qeyd edək ki, Qazaxıstan MSK-nın ilkin məlumatına görə, seçicilərin 77,4 faizinin iştirak etdiyi seçkilərdə səslərin 70,76 faizini Kasım-Jomart Tokayev qazanıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə