Tahir Rzayev: “15 iyun Milli Qurtuluş Günü dövlətçilik tariximizin şanlı səhifəsidir”
“Azərbaycan xalqının xahişi ilə 1993-cü il iyunun 15- də yenidən hakimyyətə qayıdan xalqımızın Ümummilli Lideri Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu. Bu baxımdan 15 iyun Azərbaycanın müstəqillik tarixinə Milli Qurtuluş Günü kimi daxil olub“. Bunu “Səs” qəzetinə açıqlamasında millət vəkili Tahir Rzayev deyib. Onun sözlərinə görə, haqlı olaraq sonralar xalqın istəyi ilə Milli Məclis Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıtdığı 15 iyun Milli Qurtuluş Günü Azərbaycan Milli Məclisinin qərarı ilə 1997-ci ilin 27 iyununda rəsmiləşdirildi. Milli Məclisin həmin tarixi qərarında deyilir: "Azərbaycan xalqının azadlığının, müstəqil dövlətçiliyinin müqəddəratının həll edildiyi ən ağır günlərdə Heydər Əliyevin öz xalqının iradəsinə tabe olaraq ölkə rəhbərliyinə qayıtması, əslində, onun müstəqil Azərbaycan Respublikasını, Azərbaycan xalqını, milli azadlıq hərəkatında qazanılmış tarixi nailiyyətləri məhv olmaqdan xilas etmək kimi çox çətin və şərəfli bir missiyanı könüllü olaraq öz üzərinə götürməsi idi. Bu, sözün əsl mənasında, "ömrümün qalan hissəsini də xalqıma qurban verirəm" deyib meydana atılan böyük ürəkli Vətən oğlunun öz xalqı, öz Vətəni qarşısında misilsiz fədakarlığı idi".
Milli Məclisin üzvünün məntiqli izahına görə, bu gün milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir, regionda və dünyada Azərbaycanın nüfuzu daha da artır: “1993-cü ildən bu günə qədər Azərbaycan xalqı 15 iyun gününü əziz bayram kimi qeyd edir. Ötən illərdə Ümummilli Liderimiz Heydər Əliyevin həyata keçirdiyi şərəfli xilaskarlıq missiyası xalqımızın və bütün dünyanın gözü qarşısında cərəyan etmiş, Azərbaycan məhv olmaq təhlükəsindən qurtularaq gələcəyə inamla baxan güclü bir dövlətə çevrilmişdir. Bu illərdə Heydər Əliyevin gərgin zəhmət, əzm və siyasi iradə sayəsində reallaşdırdığı nəhəng işlər öz miqyasına görə insanı heyrətə gətirir.Milli Məclisin 1993-cü il iyunun 15-də keçirilən iclasındakı çıxışında Ulu Öndər Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan etdi və sonrakı illərdə onu həyata keçirdi. Əgər müstəqilliyi qazanmaq ilkin şərt idisə, ikinci vacib məsələ onu qoruyub inkişaf etdirmək idi və bu, Ümummilli Liderin iradəsi sayəsində reallığa çevrildi. Birmənalı şəkildə demək olar Dahi Öndərmiz Heydər Əliyev milli dövlətçiliyimizin konsepsiyasını yaratdı. Bütün maneələrə baxmayaraq ən qısa müddətdə ölkədə ictimai-siyasi sabitlik bərpa olundu. AXC-Müsavat hakimiyyəti isə təbii ki, Ulu Öndər Heydər Əliyevin uğurlarını qısqanclıqla qarşılayıb Ona mane olmağa çalışdı. Amma Xalq-Ulu Öndər Heydər Əliyev birliyi bütün manelərin aradan qaldırılmasına yardımçı oldu. Aparılan düzgün, məqsədyönlü siyasət nəticəsində Azərbaycan müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişaf etməyə başladı. Respublikanın qarşısında duran problemlər mərhələlərlə həll olundu, əmin-amanlıq, siyasi sabitlik yarandı. İctimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatda əsaslı dönüş başlandı, xalqımızın bütövlüyü, həmrəyliyi, milli birliyi təmin edildi, Azərbaycanın dünya birliyinə inteqrasiyası başlandı”. T.Rzayev bildirdi ki, bu gün ölkə Prezidenti İlham Əliyev Dahi Öndərmiz Heydər Əliyevin əsasını qoyduğu siyasətini uğurla davam etdirir: “Prezidentimiz İlham Əliyevin Ulu Öndərin siyasətini uğurla həyata keçirməsi nəticəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, müasirləşən, modernləşən dövlətinə çevrilib. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası misli görünməmiş sosial-iqtisadi inkişafa nail olub, regionda lider ölkə statusunu qazanıb. Azərbaycan hazırda Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində özünəməxsus xüsusi yeri olan önəmli bir dövlətdir. Əminliklə demək olar ki, xalqımız və dövlətimiz hələ çox uğurlara və nailiyyətlərə imza atacaq. Çünki, Ümummilli Lider Heydər Əliyevin 1993-cü il iyunun 15-də Azərbaycanda hakimiyyətə qayıdışı ilə dövlətçilik tariximizin şanlı səhifəsi yazılıb. Bu siyasət isə bu gün olmadığı kimi, sabah və gələcəkdə də dəyişməyəcək”.
İlham
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB