Aydın Mirzəzadə: “Korrupsiyaya qarşı mübarizə artıq gündəlik iş sisteminə çevrildiyindən onu kampaniyaya çevirmək mümkün olmayacaq”
"Prezident İlham Əliyevin tapşırığı əsasında Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sədrliyi ilə Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyanın geniş iclasın keçirilməsini müsbət qiymətləndirirəm. Korrupsiya ilə mübarizə ancaq oğurluq edən məmurun tutulması deyil. Bu elə bir sistem formasıdır ki, orada korrupsiya qeyri-mümkündür". Bu barədə SİA-ya açıqlam verən Yeni Azərbaycan Partiyası Siyasi Şuranın üzvü, millət vəkili Aydın Mirzəzadə bildirib ki, Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiya tərəfindən görülən tədbirlər artıq öz töhvəsini verir: "Mən qeyd edim ki, komissiyanın mütəmadi iclasları keçirilir. Burada toplanan təcrübəyə bir daha diqqət yetirilir. Komissiyanın son iclasından sonra ayrı-ayrı qurumlar da tədbirlər keçirib. Onlar dövlət tərəfindən nazirliklər qarşısında qoyduğu vəzifənin yüksək səviyyədə yerinə yetirməyin vacibliyini bir daha vurğulayıblar. Qeyd edim ki, atılan addımlar görülən tədbirlər öz töhvəsini verir. Yəni sahibkar özünü rahat və təhlükəsiz hiss edir. Vətəndaş artıq hansısa bir arayışın alınmasına və problemin həll edilməsinə bir pəncərə sistemi ilə daha effektli, problemsiz həllinə nail olur. Çalışanların əmək haqqlarının artırılması də korrupsiya ehtimalını azaldır. Korrupsiya ilə mübarizə Azərbaycan dövlətinin fəaliyyət istiqamətlərindən biridir. Görülən tədbirlər də əvvəldən aparılan işlərin davamıdır".
Millət vəkili vurğulayıb ki, Azərbaycanda müstəqil mətbuatda açıq fikirlərin mövcud olması da korrupsiyada olan problemlərin açıq şəkildə müzakirə etməyə imkan verir. Eyni zamanda korrupsiyaya qarşı mübarizə artıq gündəlik iş sisteminə çevrildiyindən onun kompaniyaya çevirmək mümükün olmayacaq: "Bir vaxtlar fəaliyyəti üçün xüsusi icazə tələb olunan işlərin sayı 300-ə qədər idi. Lakin indi isə həmin işlərin sayı 20-30-a endirilib. Həmin işlərin razılığının alınmasına tələb olunan sənədlərin sayı daima azaldılır. İdarələrdə və təşkilatlarda bir pəncərə sistemi həyata keçirilir. Göründüyü kimi, görülən işlər o qədər çoxdur ki, istər- istəməz korrupsiyaya qarşı mübarizəni gündəlik edir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB