"Ermənistan Azərbaycanı təxribata çəkməyə çalışır" AÇIQLAMA - ÖZƏL
“Ermənistan silahlı birləşmələrinin atəşkəs rejimini pozması nəticəsində hərbi qulluqçumuzun həlak olması, bir daha göstərir ki, düşmən danışıqlar prosesindən yayınmaq üçün bəhanə axtarır və açıq şəkildə təxribatla məşğuldur”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Fikrət Sadıqov deyib.
Düşmən tərəfinin indiyədək də bu cür təxribatalara əl atdığını xatırladan politoloq söyləyib ki, Ermənistanda yeni hakimiyyətin bu cür addım atması, bir sıra siyasi amillərlə bağlıdır.
F.Sadıqov söyləyib ki, Ermənistan tərəfi Azərbaycanın separatçı qurumun masaya əyləşməsinə qəti şəkildə etiraz etməsi qarşı bu cür addımlar atmaqla ölkəmizi təxribata çəkməyə çalışırlar: “Onlar istəyir ki, Azərbaycan tərəfindən güclü cavab verilsin və münaqişə yeni bir fazaya çatsın. Ermənistanın məqsədi siyasi dividentlərə nail olmaqdır. XİN başçılarının görüşü ərəfəsində növbəti təxribat Ermənistanın sülh danışıqlarının konstruktiv məcrada davam etdirilməsini istəmədiyini sübut edir”.
Politoloq qeyd edib ki, baş verənlər Paşinyan bir sıra məsələlərə nəzarət edə bilmədiyini göstərir: “ O hesab edir ki, təxribatlar onu xilas edər və cəmiyyət ətrafında birləşə bilər. Amma Paşinyan bilməlidir ki, bu cür addımlar nəticəsində onlar güclü cavaba məruz qala bilərlər. Çünki, Azərbaycanın səbri tükənməz deyil. Mən belə davam edəcəyi təqdirdə Azərbaycan tərəfindən güclü cavab veriləcəyinə şübhə etmirəm”.
F. Sadıqov əlavə edib ki, əgər Ermənistanın məqsədi məsələni hərbi yoll həll etməkdirsə, o zaman bu cavabı alacaq: “Azərbaycan ordusu düşmənin layiqli cavabını verməyə hər zaman hazırdır. Bir əmr yetər ki, ordumuz işğal altında olan torpaqlarının geri qaytarılması istiqamətində əməliyyata başlasın”.
Xatırladaq ki, Azərbaycan Silahlı Qüvvələrinin hərbçisi Elşən Xəlilov ötən gün Ermənistan silahlı birləşmələrinin atəşkəs rejimini pozması nəticəsində həlak olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB