"Təxribatlar Azərbaycan tərəfinin nizamını pozmağa yönəlib" ÖZƏL-MÖVQE
“Paşinyanın hakimiyyətə gəlməsi Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı indiyə qədər davam edən bütün səylərin saxta olmasını təsdiq edir”. Bunu SİA-ya politoloq Vasif Əfəndiyev deyib.
Politoloqun sözlərinə görə, problemin həlli ilə məşğul olan təşkilatların səyləri nəticəsizdir: “Ermənistan XİN və digər idarəetmə institutları açıq şəkildə bildirirlər ki, Dağlıq Qarabağ danışıqlarında torpaqların qaytarılması ilə bağlı heç bir razılaşmaya imza atmayacaqlar.Vəziyyətin dəyişmədən 30 ilə yaxın bir zamanda davam etməsinin qarantı isə Rusiyadır. Problemin həlli ilə məşğul olan beynəlxalq qurumlar münaqişənin istənilən həlli yolunu təklif etdikdə dərhal Ermənistan tərəfindən bəhanələr və açıq təxribat törətməklə həyasızcasına prosesi ləngitməyə çalışırlar. Düşmən qüvvələrlə təmas xəttində mütəmadi olaraq qarşı tərəfin atəşkəsi pozması və snayper atəşi ilə hərbçilərimizi qətl etməsi provakasiyalardan biridir. Təbii ki, danışıqlar öncəsi bu təxribatlar Azərbaycan tərəfinin nizamını pozmağa yönəlib. Biz çox yaxşı anlayırıq ki, çox böyük bir şər qüvvənin təzyiqinə məruz qalmışıq. İndiyə qədər barışıq üçün Azərbaycan tərəfi mümkün olan bütün addımları atıb. Çox təəssüf ki, qarşı tərəflər imperiya siyasətindən əl çəkmək niyyətində deyil. Biz isə yalnız inkişaf, demokratiya və ədalətli mövqeyimizi dünya ictimaiyyəti qarşısında israrla sübut etməkdə davam etməliyik. İndiki vəziyyətimizdə problemin həlli üçün lazım olan ən mühüm amil budur”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB