Paşinyanın dəstəklədiyi şəxs mer seçkilərində uduzub ABOVYANDA

Paşinyanın dəstəklədiyi şəxs mer seçkilərində uduzub ABOVYANDA

Ermənistan MSK-nın ilkin nəticələrinə görə, bazar günü Kotayk vilayətinin Abovyan şəhər merliyinə keçirilən seçkilərdə şəhərin fəaliyyətdə olan başçısı Vaan Gevorkyan qələbə qazanıb. SİA “Novosti-Armeniya”ya istinadən xəbər verir ki, bu barədə qalibin özü “Facebook”da yazıb.

Seçkilərdə beş namizəd iştirak edib və onların arasında “Çiçəklənən Ermənistan” partiyasının liderinə yaxınlığı ilə seçilən Vaan Qriqoryan da olub. Digər əsas namizəd isə, “Vətəndaş sazişi” partiyasından olan Qriqor Qulyan idi.

Yerli KİV-lərin yazdığına görə, Gevorkyanın namizədliyinə seçicilərin 8441 nəfəri, Qulyana isə 8031 nəfəri səs veriblər. Seçkilərdə 40,83% seçici iştirak edib.

Maraqlıdır ki, Qulyanı Ermənistanın baş naziri Nikol Paşinyan şəxsən dəstəkləyib. Lakin göründüyü kimi, Paşinyanın dəstəyinə rəğmən, ölkənin mühüm şəhərlərindən biri kimi qiymətləndirilən Abovyandakı mer seçkilərində həmin dəstək həlledici rol oynamayıb. Erməni nəşrləri bununla bağlı onu da qeyd edirlər ki, Paşinyanın sürətlə azalan reytinqi artıq yerli seçkili orqanlara keçirilən seçkilərdə də özünü göstərməyə başlayıb.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə