“Qarabağdakı separatçılarla əməkdaşlığa son qoyulmalıdır”. Bunu SİA-ya politoloq Zaur Məmmədov deyib.
Politoloqun sözlərinə görə, Fransa Avropa İttifaqının əsas dövlətlərindən biridir və təəssüflər olsun ki, Avropa ölkələri içərisində məhz Fransa erməni separatçılarına daha çox dəstək verir: “Bu hansı meyarlara, beynəlxalq etik və hüquqa sığır ki, Fransanın regionları ilə Azərbaycanın işğal altında olan ərazilərindəki separatçılarla əməkdaşlıq haqqında müqavilələr bağlansın? Təbii ki, bir neçə ay əvvəl prezident Makron da bunun yolverilməz olduğunu bildirmişdi. Biz bilirik ki, erməni diasporunun çox güclü olmasına baxmayaraq, Azərbaycan Fransa ilə birgə humanitar, mədəni sahələrdə işlər həyata keçirir. Əlbəttə ki, Azərbaycanın gördüyü bu işlər təqdirəlayiqdir. Çünki biz bilirik ki, istər xalq diplomatiyası, istər yumşaq güc siyasəti xalqlar arasında münasibətlərin yumşalmasında, eləcə də inkişafında aparıcı vasitələrdən biridir. Ermənistan isə işğalçılıq siyasətinə son qoymalıdır. Dünyadakı erməni diasporu müəyyən siyasətçiləri ələ alaraq onları Dağlıq Qarabağa gətirir. Oraya gələn insanların heç münaqişədən xəbəri olmur. Sadəcə olaraq, müəyyən maliyyə müqabilində gəlirlər. Təbii ki, sonradan bu, həmin insanların vətəndaşı olduğu ölkələrlə Azərbaycanın münasibətlərinə xələl gətirir. Ermənistanın və erməni diasporunun əsas istəyi də elə bundan ibarətdir. Azərbaycan öz ərazilərinin işğalı ilə barışmayacaq. Ötən müddət ərzində Azərbaycan səbirlə münaqişənin nizamlanması prosesində iştirak etdi və ölkəmiz günbəgün gücləndi. Çünki münaqişədə qalib tərəf olmaq üçün mütləq şəkildə güclü olmalısan. Bunun üçün isə illər lazım idi”.
Z.Məmmədov əlavə edib ki, Fransa məhkəməsinin bu qərarı dünyadakı erməni diasporunu, Ermənistanı və eyni zamanda Dağlıq Qarabağ separatçılarını əsəbiləşdirməyə bilməz: "Bu onların müəyyən maraqlarına, məqsədlərinə zərbə oldu. Çünki Fransadakı regional icra hakimiyyətləri ilə separatçı Dağlı Qarabağ rejimi arasında bağlanan müqavilələr presedent kimi digər ölkələrdə də özünü büruzə verə bilərdi. Artıq Fransadakı presedent ləğv edilmiş oldu və bu o deməkdir ki, Ermənistan və bütövlükdə ermənilər bu istiqamətdə istədiklərinə nail ola bilmədilər”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB