Tunisdә polisin aksiyaçılara ateş etmәsi nәticәsindә 2 nәfәr hәyatını itirib, 17 nәfәr xәsarәt alıb.
SİA-nın xəbərinə görə, Tunis daxili işlәr nazirliyinin mәlumatında bildirilir ki, ölkənin şimalındakı Әl Kef şәhәrindә polis mәrkәzi rәhbәrinin istefa vermәsini istәyәn min nәfәr aksiyaçı polis mәrkәzinә daş vә yandırıcı maddә doldurulmuş şüşә atıb.
Aksiyaçıların mәrkәzә daxil olmalarına mane olmaq istәyәn polis işçilәrinin ateş etmәlәri nәticәsindә isә 2 nәfәr hәyatını itirib, 17 nәfәr dә xәsarәt alıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB