"Fransa məhkəməsində ermənilərin yalanlarına inamsızlıq təsadüfi deyil" MÖVQE - ÖZƏL

"Fransa məhkəməsində ermənilərin yalanlarına inamsızlıq təsadüfi deyil" MÖVQE - ÖZƏL

“Fransa inzibati məhkəməsinin bu ölkənin Arnuvill şəhəri ilə Azərbaycanın işğal altında olan Xocavənd rayonu arasında imzalanmış “Dostluq haqqında xartiya”nı iyunun 4-də ləğv etməsi ədalətli və təqdirə layiqdir”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Sona Əliyeva deyib.

2013-cü ildən sonrakı dövrdə Fransa məhkəməsinin Azərbaycanın xeyrinə çıxardığı ilk qərar olduğunu deyən deputat söyləyib ki, məhkəmə 2018-ci il oktyabrın 22-də imzalanmış “sənəd”in qeyri-qanuni imzalandığı, heç bir hüquqi qüvvə daşımadığı və Fransanın beynəlxalq öhdəliklərinə zidd olması barədə qərar çıxarıb: Məlumdur ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva bir müddət əvvəl Fransaya səfər edib. Bəhs olunan səfər zamanı Birinci vitse-prezident Mehriban xanım Əliyeva keçirdiyi rəsmi görüşlərdə məsələni müzakirə edib və belə halların yolverilməzliyini diqqətə çatdırmışdı. Bu fakt deməyə əsas verir ki, bu ölkənin məhkəmələri Ermənistanın işğal altında olan Azərbaycan ərazilərində yaratdığı rejimin bağladığı digər qeyri-qanuni xartiyaları da ləğv edəcək”.

S.Əliyeva bildirib ki, Fransa məhkəməsində ermənilərin yalanlarına inamsızlıq nümayiş etdirilməsi təsadüfi deyil: “Belə ki, Azərbaycanın beynəlxalq miqyasda nüfuzunun artması, regional və qlobal əməkdaşlığın dərinləşməsində, həmçinin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında getdikcə daha vacib rol oynaması ölkəmiz barəsində müsbət imicin möhkəmlənməsinə öz təsirini göstərir. Ölkəmiz həmçinin öz həqiqətlərinin dünya birliyinə obyektiv şəkildə çatdırılması istiqamətində fəal iş aparır və bununla da qlobal miqyasda erməni lobbisinin yalanlarının qarşısını almağa nail olur. Ermənistanın qonşu dövlətin ərazi bütövlüyünə, regional təhlükəsizliyə yaratdığı təhdidlər isə ciddi şəkildə qınanır”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə