Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov nüvə fəaliyyətləri ilə əlaqədar İrana qarşı yeni sanksiyalara dair xəbərdarlıq edib. SİA-nın xəbərinə görə, Münhendə təhlükəsizliyə dair konfransda çıxış edən Lavrov deyib ki, yeni sanksiyalar İranın iqtisadiyyatına zərər vuracaq. O qeyd edib ki, yeni sanksiyalar Almaniya və BMT Təhlükəsizlik Şurasının beş daimi üzvünün İranın nüvə proqramının qarşısını almaq üçün görmək istədiyi işlərdən daha artıq miqyasda təsir göstərə bilər. Təhlükəsizlik Şurası uran zənginləşdirilməsi proqrqamına son qoymaq üçün İrana qarşı sanksiyaların dörd raundunu tətbiq edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB