Nərə balığı ovuna moratorium tətbiq edilməsinə dair müşavirə keçiriləcək
Qazaxıstan Xəzər dənizində nərəkimilərə aid balıq ovuna moratorium tətbiq edilməsi barədə beynəlxalq saziş layihəsini işləyib hazırlayıb. SİA-nın xəbərinə görə, Qazaxıstan Kənd Təsərrüfatı Nazirliyi Xəzər dənizində kommersiya məqsədi ilə nərəkimilərə aid balıq ovuna moratorium tətbiq edilməsinə dair beştərəfli sazişin layihəsini hazırlayıb.
Bundan əlavə, Qazaxıstan Xarici İşlər Nazirliyi ilə birlikdə bu il fevralın 14-də və 15-də Xəzəryanı dövlətlərin nümayəndələrinin iştirakı ilə müşavirə keçirilməsi məsələsi araşdırılır. Müşavirə Xəzər dənizində nərəkimilərə aid balıq ovuna moratorium tətbiq edilməsi məsələsinin müzakirəsinə həsr ediləcəkdir.
Qazaxıstan Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidməti bildirir ki, nərə balıqlarının qorunub saxlanması və bərpa edilməsi problemi transsərhəd problemdir və onun Xəzəryanı dövlətlərin hamısına – Azərbaycan, Rusiya, Qazaxıstan, İran və Türkmənistana aidiyyəti vardır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB