Rusiyadan alınan qazın qiyməti Ermənistanın artım sürətini yavaşlamaması vacibdir. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan informasiyaya istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Pashinyan RİA Novosti-yə verdiyi müsahibəsində Rusiya prezidenti Vladimir Putinlə görüşündə qazın qiymətini müzakirə etdiyi barədə danışarkən bildirib.
"Bu məsələ əlaqəmiz üçün çox əhəmiyyətli bir məsələdir. Bu məsələyə dair bütün nüansları anlamaq lazımdır", - deyə Paşinyan bildirib.
Paşinyan müsahibəsində həmçinin qeyd edib ki, qazın qiyməti ilə əlaqədar elə bir razılığa gəlinməlidir ki, bu iqtisadi tempi pozmasın. Baş nazir eyni zamanda, ortaq bir məxrəcə gəlinməsinin, ümumi bir dil tapılmasının vacib olduğunu da gizlətməyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB