"Ermənistan tərəfinin addımları münaqişənin sülh yolu ilə həllinə zərbə vurur" RƏY - ÖZƏL

"Ermənistan tərəfinin addımları münaqişənin sülh yolu ilə həllinə zərbə vurur" RƏY - ÖZƏL

“Ermənistanın təxribatçı addımları Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə zərbə vurur. Məhz bunun nəticəsidir ki, real vəziyyət dəyişməz olaraq qalır”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib.

O bildirib ki, Azərbaycan müstəqilliyinin qorunması və dünyada sülhün bərqərar olunması üçün mübarizə aparır və fəaliyyət göstərir: “Dağlıq Qarabağ və ətraf rayonları işğaldan azad etmək üçün müharibəyə başlamaq heç zaman gec deyil. Amma müharibə itki, fəlakət, dağıntı deməkdir, vaxtilə çox itkilərimiz olub. Yenidən qan tökülməsinin, dağıntıların baş verməsinin tərəfdarı deyilik”.

Deputat söyləyib ki, Azərbaycan tərəfi münaqişənin həllində bütün sülh yollarından istifadə edir: “Amma bu hərb yolunun qaçılmaz olduğu anlamına gəlmir. Əgər məsələnin sülh yolu ilə həlli mümkün olmasa, Azərbaycanın işğal altından olan torpaqlarını hərb yolu ilə geri qaytarmaqdan başqa yolu olmayacaq”.

Azərbaycanın güclü ordusunun olduğunu xatırladan S. Fətəliyeva qeyd edib ki, ordumuz muasir texnika və avadanlıqla təchiz olunub: “Bu da o deməkdir ki, Azərbaycan öz torpaqlarını düşmənin işğalından azad etmək üçün həm mənəvi, həm də hərbi nöqteyi nəzərdən hazırdır”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə