Səbəbləri var...
Artıq bir neçə müddətdir ki, özlərini “siyasi mühacir” adı altında Avropada gizləyənlər, əslində isə aşkarda olanlar söyüş kampaniyalarını dayandırmağa başlayıblar. Əslində, bunun səbəbləri var və əsas səbəblərdən biri həmin ünsürlərin gec, ya da tez müvafiq qanunlar qarşısında cavab vermək qorxusudur. Azərbaycan dövlətinin Avropa Birliyi ilə yaxınlaşması, müəyyən edilmiş sazişlərin imzalanması reallığının artması və s. kimi məsələlərdən dolayı canlarına vəlvələ düşən küçə siyasətçiləri həm də erməni lobbisinin maddi dəstəyindən də məhrum olmaq üzrədirlər. Onlar yaxşı dərk edirlər ki, cəhdləri uğursuz oldu və nəticəsiz qaldı. Hətta AXCP sədri Əli Kərimlinin trollarının dəstəyi belə, həmin ünsürlərin istəkləri üzərindən çarpaz xətlər çəkmiş oldu.
Narahat olmağa başlayıblar
Söz yox ki, Orduxan Teymurxan, Tural Abbaslı, Məhəmməd Mirzəli və s. kimi siyasi təlxəkləri bu işə Avropada olan güclü erməni diasporu və Azərbaycan dövlətinə qarşı təzyiq yolunu seçən bəlli güc mərkəzləri idarə edirdi. Hətta bu adamların cəsusluq fəaliyyəti açıq şəkildə görünürdü.
Yeri gəlmişkən, o da əbəs deyil ki, AXCP sədrinin Fransada var-gəl edərək, erməni pulu ilə çalışdırdığı müavini Qənimət Zahid də sözügedən məsələdə necə deyərlər, mat-məəttəl qalıb və hətta özünün sosial şəbəkədəki tv-də bənzər mövzulara toxunmağa başlayıb.
O cümlədən, Sevinc Osmanqızı kimləri də ciddi narahat olmağa başlayıblar. Çünki bu adamlar da maraqlı idilər ki, ələ alınmış bu şəxslər daha çox söyüş söysünlər və dövlətimizin əleyhinə kəskin çıxışlar etsinlər. Xatırlayaq ki, ötən ay Brüsseldə Orduxanın keçirdiyi “tədbirdə” cəmi 3 nəfər iştirak edirdi. Çoxları başa düşür ki, səhv yolda olublar və onların apardığı üsul Azərbaycan cəmiyyəti tərəfindən qəbul edilmədi.
Digər tərəfdən, Ə.Kərimli və S.Osmanqızı hər gün bu adamları qorxudur ki, sizlər susmamalısınız, daha çox söyüş söyməlisiniz, izləyiçilərinizin sayını artırırmalısınız. Əbəs deyil ki, Orduxanın Brüsseldə sərgilədiyi hərəkətlər birbaşa Azərbaycan xalqının və dövlətinin xarici ölkələrdə “qara obrazı”nın cızılmasına xidmət edirdi. Ancaq xalqımız anladı ki, əslində, Orduxan və onun kimi tiplər Azərbaycan əleyhinə fəaliyyət göstərən bir sıra qrupların, güc mərkəzlərinin cəsus şəbəkəsinin üzvüdürlər. Yəni o qruplar məqsədli şəkildə hər zaman Azərbaycan dövlətinin nüfuzunun korlanmasında, mühüm beynəlxalq tədbirlərin keçirildiyi binaların qarşısında, Azərbaycan rəsmilərinin iştirak etdiyi tədbirlərdə bu tip adamlardan ölkəmizin əleyhinə istifadə edirlər.
Əli Kərimlinin siyasi dəfninin hazırlıq prosesinə başlanılıb
Yeri gəlmişkən, Orduxandan, Turaldan, Məhəmməddən və sairlərindən ümidini itirən Kərimlinin son vaxtlar isterika şəklində hücuma keçməsi, nəinki hakimiyyəti, həm də mühacirətdə olanları da hədəf alması təəccüblü deyil.
Onun bir müddət öncə “hakimiyyət yalnız “islah olunmuş” mühacirləri Azərbaycanda görmək istəyir” sözləri də məhz siyasi nifrəti qəbul etməyənlərə ünvanlanıb. Misal üçün, onlardan biri Meydan TV rəhbərliyindən istefa vermiş Emin Millidir. Əslində Emin Millinin Prezidentdən üzr istəməsi və son dövrlər verdiyi açıqlamalar mühacirlərin hakimiyyətin açılımına müsbət yanaşdığını təsdiqləyir. Lakin Kərimli anlayır ki, bu açılım siyasi nifrəti aradan qaldıracaq, iqtidara qarşı tənqidləri ciddi şəkildə azaldacaq, Qərbdə anti-Azərbaycan dairələrin əlindəki böyük bəhanələrdən biri sıradan çıxacaq və onun siyasi dəfni reallaşacaq. Buna görə də isterik şəkildə siyasi nifrəti körükləməyə çalışır, müxtəlif iddialarla siyasi açılımın qarşısını almağa cəhd göstərir. Ancaq belə cəhdlər daha əvvəllər də olduğu kimi, hazırda da puça uğrayır. Bu, Kərimlinin və ümumilikdə radikal müxalifətin sonudur!
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB