Son bir ildə Gəncə şəhərində 726 nəfər işlə təmin olunub. Bunlardan 376-sı qadınlardır. Bu barədə SİA-nın bölgə müxbirinə Gəncə şəhər Məşğulluq Mərkəzinin baş məsləhətçisi Kəmalə Vəliyeva məlumat verib.
Onun sözlərinə görə, ümumilikdə ötən il ərzində Mərkəzə 847 nəfər müraciət edib. Həmçinin, 31 nəfər ictimai işlərə, 25 nəfər isə kvota yerlərinə göndərilib, 18 şəxs isə işsiz kimi qeydiyyata alınıb. Bir il ərzində peşə hazırlığına cəlb olunanların sayı 80, əmək yarmarkasında işə düzələnlərin sayı isə 329 nəfər olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB