Daşkəsən rayonunun Xoşbulaq kəndinə qaz çəkilir

Daşkəsən rayonunun Xoşbulaq kəndinə qaz çəkilir

İlk dəfə olaraq Daşkəsən rayonunun Xoşbulaq kəndinə qaz çəkiləcək. Artıq "Azəriqaz" Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən ərazidə xəttin çəklişinə başlanılıb. Aprel ayından start götürən işlərdə hava şəraiti ilə bağlı bir müddət fasilə yaransa da qəsəbəyə mavi yanacağın çəkilişinə yenidən başlanılıb.

 

Daşkəsən rayon Qaz İstismarı İdarəsinin rəisi Maksim Cəfərovun SİA-nın bölgə müxbirinə verdiyi məlumata görə, artıq 16800 metr müxtəlif diametrli borularla qaz xətti çəkilib. Mart ayında qəsəbənin mavi yanacaqla tam təmini yekunlaşacaq. Beləliklə, Xoşbulaq qəsəbəsinin 3 mindən artıq abonenti mənzillərini mavi yanacaqla isidəcək.

 

"Qəsəbəyə qaz xətti birpilləli sistemlə aparılır. Qaz çəkilişi ilə yanaşı, abonentlərin mənzillərinə smartkart tipli sayğaclar quraşdırılacaq", deyə M.Cəfərov əlavə edib.

 

Rayon mərkəzindən 7 km məsafədə yerləşən Xoşbulaq qəsəbəsi dəniz səviyyəsindən 3361 metr yüksəklikdə yerləşir. Hələ sovetlər dönəmində sözügedən qəsəbədə mavi yanacaq olmayıb. Xoşbulaqdan sonra isə digər ucqar kəndlərin mavi yanacaqla təmin edilməsi nəzərdə tutulur. 2013-cü ilə kimi Daşkəsənin kəndlərinin qazlaşdırılması yekunlaşacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə