Fondun Müşahidə Şurasının iclası keçirilir YENİLƏNİR

Fondun Müşahidə Şurasının iclası keçirilir YENİLƏNİR

Bu gün Azərbaycan Gənclər Fondunun mərkəzi ofisində Gənclər Fondunun Müşahidə Şurasının cari ilin ikinci iclası keçirilir. SİA-nın verdiyi məlumata görə, iclasda Fondun Müşahidə Şurasının gündəlikdə olan məsələlər müzakirəsi və görülmüş işlər barədə hesabatın təqdim olunması nəzərdə tutulub.

İclasda Müşahidə Şurasının sədri, Prezident Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Müşahidə Şurasının üzvləri – Gənclər və idman nazirinin müavini İntiqam Babayev, Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, Mədəniyyət nazirinin müavini Rafiq Bayramov, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Mətin Kərimli, "Gənclərin İntellektual İnkişafına Yardım” İctimai Birliyinin İdarə Heyətinin sədri Seymur Orucov, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Məryəm Məcidova, "Cavan” Gənclər Hərəkatı İctimai Birliyinin icraçı direktorunun müavini Murad Ağabəyli və "Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin sədri Seymur Vəliyev iştirak edirlər.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə