Marsda uzun zaman sabit qalan bölgənin hərəkət etdiyi müşahidə olunub
Marsın şimalındakı uzun zaman sabit qaldığı düşünülən geniş ərazinin hərəkət etdiyi ortaya çıxıb. SİA-nın xəbərinə görə, "Qırmızı planet"in orbitindəki Mars Reconnaissance Orbiterin (MRO) yüksək həllolma dəqiqlikli HiRISE (High Resolution Imaging Science Experiment) kamerası ilə çəkilən görünüşlərdə Marsın şimal qütbü yaxınlığında yerləşən kumul bölgənin hərəkətli olduğu görülüb.
Araşdırmalarını Amerikan Science jurnalında nümayiş edən elm adamları bu müşahidədən əvvəl Mars səthində küləklərin indikindən çox daha qüvvətli olduğu və köhnə dövrlərdə meydana gələn bu qaranlıq kumul bölgədə çox hərəkət görmədiklərini söyləyiblər. Onlar bu kumullardakı dəyişikliyin sayı və böyüklüyünü çox çaşdırıcı hesab ediblər.
Araşdırmanı edən Arizona Universiteti müəllimlər müşahidələrinin dörd dünya ilinə bərabər olan iki Mars ili sürdüyünü deyiblər.Onlar kumullardakı bu dəyişmənin səbəbinin "Qırmızı planet"dəki donmuş karbon 4 oksidin mövsümlə bağlı olaraq əriməsi və şiddətli fırtınaların olduğunu qeyd ediblər.
Kumul bölgənin qış vaxtı donmuş CO2 layının, baharda isə istiliyin yüksəlməsi ilə doğrudan qaz vəziyyətinə keçdiyini ifadə edən elm adamları "Marsın kumul səthini dəyişdirən bu qaz qabarmaları, yeni uçurum və qum uçqunlarına səbəb olur", - deyə bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB