Milli Məclisin vitse-spikeri Gürcüstan rəsmisi ilə görüşüb

Milli Məclisin vitse-spikeri Gürcüstan rəsmisi ilə görüşüb
Milli Məclis sədrinin müavini Bahar Muradova ölkəmizdə səfərdə olan Gürcüstan Universitetinin Himayədarlar Şurasının sədri, Qafqaz Dostluq Evinin rəhbəri xanım Giuli Alasaniya ilə görüşüb. Milli Məclisin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Parlament rəhbərliyi adından qonağı salamlayan vitse-spiker xalqlarımız arasındakı dostluq və qardaşlıq əlaqələrinin qədim tarixi olduğunu bildirib.

Qeyd olunub ki, beynəlxalq təşkilatlarda nümayəndə heyətlərimizin eyni mövqedən çıxış etməsi yüksək səviyyəli strateji tərəfdaşlıq münasibətlərimizin bariz nümunəsidir.

Səmimi qəbul üçün təşəkkürünü bildirən Giuli Alasaniya xalqlarımızın daim yaxşı qonşu və dost olduğunu diqqətə çatdırıb. O Gürcüstanın hər zaman Azərbaycanın dəstəyini hiss etdiyini xüsusi vurğulayıb.

Görüşdə ölkələrimiz arasında mədəni və humanitar sferada, elm və təhsil sahəsində əlaqələrin inkişaf perspektivləri, Cənubi Qafqazdakı vəziyyət və digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə