Ermənistanda etiraz aksiyası: polislə qarşıdurma

Ermənistanda etiraz aksiyası: polislə qarşıdurma

VETO ictimai-siyasi təşkilatı bu gün İrəvanda “Ermənistan Açıq Cəmiyyət Fondu”nun (Soros Fondu) fəaliyyətinə qarşı etiraz aksiyası keçirir. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, Sorosun ofisinin qarşısında çoxsaylı polis qüvvələri yerləşdirilib və bu qüvvələr aksiya iştirakçılarının ofisin binasına daxil olmasına imkan vermirlər.

Məlumatda deyilir ki, VETO ictimai-siyasi təşkilatının təsisçisi Narek Malyan deyir ki, heç bir şey onlara ofis qarşısında mitinq keçirilməsinə mane ola bilməz. Malyan polisin müqavimətinə baxmayaraq ofisə daxil olmağa güc də göstərib və nəticədə polislə nümayişçilər arasında qarşıdurma yaranıb. İctimai-siyasi təşkilatın təmsilçisi Ermənistanın bütün siyasi qüvvələrini səfərbər olmağa və Soros fondunun qarşısında toplaşmağa çağırıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə