"ABŞ İranla heç vaxt atom silahı istehsal etməyəcəyinə zəmanət verən yeni bir müqavilə imzalamağa hazırdır". SİA RT-ə istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Mayk Pompeo Almaniyanın "Rheinische Post" qəzetinə verdiyi müsahibəsində deyib.
"İran sülh üçün təhlükə yaradan atom silahlarının istehsalı üçün imkanların olmayacağına dair zəmanət verməyə hazır olduğunda bu ölkə ilə razılaşma bağlamağa hazırıq", - Pompeo deyib.
O, sanksiyaların İranın siyasi kursunu dəyişəcəyinə və danışıqlar masasına oturmağa məcbur edəcəyinə ümid etdiyini bildirib.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB