Türkiyənin Yalova liman şəhərinin "Beşiktaş" tərsanəsində "Palmali" şirkətlər qrupunun inşa etdirdiyi "Kapitan Nağdəliyev" tankeri dənizə endirilib.
SİA-nın xəbərinə görə, bu münasibətlə tərsanədə keçirilmiş mərasimdə "Palmali" şirkətlər qrupu idarə heyətinin sədri Mübariz Mənsimov, "Beşiktaş" gəmi inşaatı qrupunun sədri İhsan Kalkavan, gəmiyə adı verilmiş Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin dəniz təhlükəsizliyi idarəsinin rəisi Bayram Nağdəliyev iştirak ediblər.
Qocaman dənizçi Bayram Nağdəliyev mərasimdə çıxış edərək, ulu öndərimiz Heydər Əliyevin söylədiyi kimi "bir millət, iki dövlət" olan Azərbaycan ilə Türkiyənin qardaşlığının əhəmiyyətini vurğulamış, tankerin suya endirilməsinin simvolu olan kəndiri kəsib.
Dörd ayda tamamlanmış tanker "Beşiktaş" tərsanəsində inşa ediləcək 10 tankerdən ikincisidir. İlk gəmi Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun adını daşıyır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB