Yunanıstan seçkilərin ikinci mərhələsini keçirir

Yunanıstan seçkilərin ikinci mərhələsini keçirir
Yunanıstanda bu gün yerli hakimiyyət orqanlarına seçkilərdə ikinci mərhələsi keçiriləcək. SİA-nın məlumatına görə, seçki məntəqələri yerli saat ilə 07:00-dan 19:00-dək açıq olacaq. Bundan sonra ekzitpolların ilkin nəticələri açıqlanacaq. Seçkilər zamanı ümumilikdə ölkənin 13 bölgə və 332 bələdiyyəsinin başçıları seçiləcək. Merlər, qubernatorlar, bələdiyyə və regional şuraların üzvləri 4 il müddətinə seçilir.

Bütün xəbərlər Facebook səhifəmizdə